Filippində iki tayfun nəticəsində 300-ə yaxın adam ölüb

media-ads_728_90

Filippin adalarında “Kalmaeqi” tayfunu və “Funq-Vonq” supertayfunu nəticəsində ölənlərin sayı 297 nəfərə çatıb.

“TV1” xəbər verir ki, “Kalmaeqi” tayfunu nəticəsində 269 nəfər həyatını itirib.

Onlar əsasən Sebu əyalətində, Neqros adasında, həmçinin Qərbi Visayas və Şərqi Visayas bölgələrində həlak olub. 523 nəfər yaralanıb, 113 nəfər isə itkin düşmüş hesab olunur.

“Funq-Vonq” supertayfunu nəticəsində isə 28 nəfərin öldüyü qeydə alınıb. Onların əksəriyyəti Luzon adasının şimalında yerləşən İfuqao əyalətində aşkar edilib. 52 nəfər yaralanıb, daha iki nəfəri isə tapmaq hələ mümkün olmayıb.

media-ads_728_90
Paylaş