Finlandiya Rusiya qazından imtina etdi
Finlandiyanın “Gasum” şirkəti Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) almağı dayandırıb.
“TV1” xəbər verir ki, şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının (Aİ) əvvəllər tətbiq etdiyi sanksiyalar regionun qaz şəbəkəsinə qoşulmayan terminallar vasitəsilə Rusiyadan qazın alınmasını və ya idxalını qadağan edir.
Qadağanın iyulun 26-dan qüvvəyə mindiyi bildirilib.