Fırtına ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

media-ads_728_90

Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib.

“TV1” xəbər verir ki, bununla bağlı Dövlət Dəniz və Liman Agentliyi (DDLA) məlumat yayıb.

Məlumatda deyilir:

“Fevralın 3-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 32-34 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5.0-7.0 m. çatacağı proqnozlaşdırılır”.

media-ads_728_90
Paylaş