Fransada güclü qasırğa - Ölən var

media-ads_728_90

Fransanın cənub-qərbində qeydə alınan “Nils” qasırğası bir sıra fəsadlar törədib.

“TV1” xəbər verir ki, qasırğa nəticəsində bir nəfər həlak olub, bir milyona yaxın ev isə elektrik enerjisindən məhrum olub.

Daşqın, güclü külək və qar uçqunu riski səbəbindən dörd departamentdə “qırmızı” səviyyəli həyəcan siqnalı verilib.

Həmçinin, ölkənin 32 departamentində şiddətli hava şəraiti ilə bağlı “narıncı” xəbərdarlıq qüvvədədir.

media-ads_728_90
Paylaş