media-1200x100-50faiz

Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan siyasi fəal Kemi Seba Parisdə saxlanıldı

media-ads_728_90

Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış aktivist, siyasi fəal Kemi Seba Parisdə polislər tərəfindən saxlanılıb.

“TV1” xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Məlumata əsasən, K.Seba ötən gün günorta saatlarında Parisdə, restoranda nahar edərkən polislər tərəfindən saxlanılıb.

Xatırladaq ki, 3 oktyabr tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib. Kemi Seba sözügedən konfransda iştirak edib.

Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olmuş K.Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Fransanın “qara siyahı”sına salınıb.

Fransa K.Sebanı susdurmaq üçün bir neçə dəfə həbs edib, lakin istədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrum edib və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhd edib.

media-ads_728_90
Paylaş