“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var

media-ads_728_90

Bu gün paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.

“TV1” xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı avtomobil tunelində “Hyundai” və “Lexus” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.

Qəzanın baş verdiyi hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadası, eləcə də polis əməkdaşları cəlb edilib.

media-ads_728_90
Paylaş