Gimnastlarımız Almaniyadakı turnirdə fəxri kürsüyə qalxıblar

media-ads_728_90

Batut gimnastikası üzrə Azərbaycan millisi Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq yarışında uğurla çıxış ediblər.

“TV1” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından (AGF) verilən məlumata görə, yığma üzvləri sinxron proqramda 1-ci və 2-ci yerin sahibi olublar.

Yeniyetmələr arasında Əli Niftəliyev və Ammar Baxşalıyev, böyüklərdə isə Hüseyn Abbasov ilə Nicat Mirzəyev fərqləniblər.

media-ads_728_90
Paylaş