Göyçayda ağır qəza - Azyaşlı həlak oldu

media-ads_728_90

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“TV1” xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində, avtomobil yolunda baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Qəza nəticəsində 7 yaşlı Nihat Məsimov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

media-ads_728_90
Paylaş