media-1200x100-50faiz

Güləş üzrə Azərbaycan yığmalarının dünya çempionatı üçün HEYƏTİ

media-ads_728_90

Oktyabrın 21-dən 27-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.

“TV1” xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, mundiala yunan-Roma güləşçiləri start verəcəklər.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kiloqram), Nihad Quluzadə (60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Fərid Xəlilov (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Xasay Həsənli (77 kiloqram), Elmin Əliyev (82 kiloqram), Cocu Səmədov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) uğur qazanmağa çalışacaqlar.

Daha sonra böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Ağahüseyn Mustafayevlə Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova (50 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Gülər Həbibova (59 kiloqram) və Ruzanna Məmmədova (62 kiloqram) mübarizəyə qoşulacaqlar.

Çempionatın son günlərində sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Vasif Bağırov (57 kiloqram), Ruslan Abdullayev (61 kiloqram), Rəşid Babazadə (65 kiloqram), Maqomed-Başir Xaniyev (70 kiloqram), Cəbrayıl Qadjiyev (74 kiloqram), Ali Tsokayev (79 kiloqram), Arseni Djioyev (86 kiloqram), Abdulcəlil Şabanov (92 kiloqram), Aslan Abakarov (97 kiloqram) və Aydın Əhmədov (125 kiloqram) ölkəmizi təmsil edəcəklər.

Məsul yarışda I dərəcəli beynəlxalq hakimlər Natiq Hacıyev və Bəşir İsazadə ədaləti qoruyacaqlar.

media-ads_728_90
Paylaş