Gültəkin Hacıbəylinin Ramiz Mehdiyev haqqında söylədikləri - VİDEO

media-ads_728_90

Prezident Administrasiyasının keçmiş rəhbəri, vətənə xəyanət və bir sıra digər ağır ittihamlarla hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin kadrı hesab olunan şəxslərin siyahısı artmaqdadır. Adları çəkilən bir sıra şəxslərin sırasında keçmiş deputat, hazırda müxalifət cəbhəsində olan Gültəkin Hacıbəylinin də adı var.

Yayılan məlumatlarda Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələrinin uzun illər əvvələ gedib çıxdığı deyilir. Sabiq xanım deputatın seçilməsində Ramiz Mehdiyevin də “xeyir-duası”nın olduğu bildirilir. Deyilənlərə görə, sözügedən əlaqələr Gültəkin Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib.

Ramiz Mehdiyevin Gültəkin Hacıbəyliyə həmin dönəmdə iki ev hədiyyə etdiyi də yayılan məlumatlar sırasındadır. “Ağsaqqal” Gültəkin Hacıbəyliyə paytaxtda evlər hədiyyə etməklə kifayətlənməyib. Ona bir zamanlar 96 saylı Seçki Dairəsindən deputatı olduğu Goranboy rayonunda da mal-mülk və hektarlarla torpaq sahibi olması üçün də geniş şərait yaradıb.

Goranboylular Gültəkin Hacıbəylini yalnız şəxsi maraqlarını güdmüş, hektarlarla əraziləri zəbt edib, sonra isə həmin torpaq səhələrini hissə-hissə satışa çıxaran deputat kimi xatırlayırlar. Sabiq deputat xanım Goranboydakı “səltənətinə” daxil olan evlər və torpaq səhələrinin bir neçəsini Ramiz Mehdiyevin xeyir-duası ilə deputat seçildikdən sonra əldə edib. Hətta pay torpaqları üzərində onun özünə evlər tikməsinə də şərait yaradılıb. Gültəkin Hacıbəyliyə Goranboy rayonunda 58-ci məhəllə adlanan ərazidə 80 sot torpaq sahəsi ayrılıb. Yerli sakinlərin dediyinə görə, o sonra bu ərazini hissə-hissə satıb, özünə 16 sot saxlayıb. Həmin torpaq sahəsinin 8 sotu Gültəkin Hacıbəylinin bacısı Aytən Hacıyevanın, 8 sotu isə öz adınadır.

Gültəkin Hacıyevanın deputat olduğu zamanlarda Goranboyda sahibləndiyi torpaq sahələrindən biri də rayonun Xanqərvənd kəndindədir. Söhbət 1 hektara yaxın ərazisi olan pay torpaqlarından gedir ki, burada o, özünə bağ evi tikdirib. Kürsülərdən haqqdan-ədalətdən dəm vuran xanım deputatın əkin üçün nəzərdə tutulan torpaqda özünə yaşayış evi tikdirməsinə isə kimsə qarşı çıxmayıb. Tapşırığın yuxarıdan verildiyini təxmin etmək yəqin ki, çətin deyil….Arxası “boz kardinal” olan xanım deputata kim nə deyə bilərdi ki???

Gültəkin Hacıbəylinin Goranboyda malik olduğu və Ramiz Mehdiyevin tapşırığı ilə ona ayrılmış digər torpaq sahəsi isə rayonun Nadirkənd kəndindədir. Buradakı ərazi isə 5 hektardan ibarətdir. Yerli sakinlərin verdiyi məlumata görə, həmin ərazidə Gültəkin Hacıbəyli ticarət mərkəzi inşa etdirəcəkmiş. Amma növbəti dəfə deputat seçilə bilmədiyinə görə, işlər yarımçıq saxlanılıb. Gültəkin Hacıbəyliyə deputat olduğu illərdə biznes qurması üçün də şərait yaradılıb. Bu şərait ona imkan verib ki, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində böyük bir daş-gips karxanasına sahiblənsin.

Sabiq deputat Gültəkin Hacıbəylinin tikintisinə başlaya bilmədiyi digər Ticarət Mərkəzi isə Goranboyun məşhur Goran dairəsində olmalı imiş. Məlumatlara görə, burada Gültəkin Hacıbəyliyə məhz deputat olduğu dönəmdə 500 kv m ərazi ayrılıb. Lakin növbəti dəfə mandat əldə edə bilməməsi burada da inşaat işlərinin aparılmasına imkan verməyib.

İnsan hüquqlarının müdafiəçisi, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübariz obrazı yaratmış Gültəkin Hacıbəyli millətə vəkillik etməli olduğu illərdə “ağsaqqalı” Ramiz Mehdiyevin yaratdığı unikal şəraitdən yararlanaraq, Goranboyda özünə əməlli-başlı “səltənət” qurubmuş…

Gültəkin Hacıbəylinin adının Ramiz Mehdiyevin gizli təsir dairəsi və “köhnə sistemin qalıqları” ilə eyni cümlədə çəkilməsi ciddi və mötəbər məlumatdır. Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqəsi olduğunu faktlar və dəlillər sübut edir, verdiyi açıqlamalar isə sadəcə söz yığınıdır.

Həmin çıxışlardan birini təqdim edirik:

media-ads_728_90
Paylaş