Gürcüstana yağ daşıyan Rusiya tankeri Türkiyə sahillərində hücuma məruz qalıb

media-ads_728_90

Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb.

“TV1” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bu ölkənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən məlumat yayıb.

13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib. Ekipaj üzvləri xəsarət almayıb.

Qeyd edilir ki, gəmi Türkiyənin Sinop şəhəri istiqamətində irəliləyir.

media-ads_728_90
Paylaş