Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

media-ads_728_90

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

“TV1” xəbər verir ki, Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

media-ads_728_90
Paylaş