Hindistanda mədəndə partlayış olub - Ölənlərin sayı 27-yə yüksəlib
Hindistanın şimal-şərqindəki mədəndə baş verən partlayış nəticəsində həlak olanların sayı 27-yə yüksəlib.
“TV1” xəbər verir ki, Meqhalaya ştatında qeyri-qanuni kömür mədənində partlayış nəticəsində 27 nəfər həlak olub.
Hadisə nəticəsində doqquz nəfər xəsarət alıb.
Fövqəladə Hallar üzrə Milli Müdaxilə Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, mədəndə hələ də insanlar ola bilər. Bu səbəbdən axtarış-xilasetmə işləri davam edir.
Daha əvvəl 18 nəfərin həlak olduğu bildirilmişdi.
Xatırladaq ki, partlayış fevralın 5-də Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib.








