Hon Konqda yanğında ölənlərin sayı 146-ya çatıb
Hon Konqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı 146-ya yüksəlib.
“TV1” xəbər verir ki, son iki gündə hadisə yerində 30 cəsəd tapılıb, lakin onların sayının artacağı gözlənilir.
Eyni zamanda, 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.
Qeyd edək ki, noyabrın 26-da Hon Konqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş verib.








