Honkonqda yanğında ölənlərin sayı 44-ə çatıb - FOTO/VİDEO - YENİLƏNİB 3

media-ads_728_90

Honkonqda yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb, daha 45 nəfərin vəziyyəti ağırdır.

“TV1” xəbər verir ki,  yerli mətbuatın məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə idarəsi məlumat yayıb.

Məlumata görə, xəsarət alanların sayı 100-ə çatıb.

Qeyd edək ki, hadisə çərşənbə günü baş verib. Yanğın Vanq Fuk Kort yaşayış kompleksinin bütün səkkiz binasını əhatə edib.

**** ****  ****

22:33

HonKonqda baş verən yanğın nəticəsində ölənlərin sayı 36-ya çatıb.

“TV1” xəbər verir ki,  yerli mətbuatın məlumatına görə, daha 279 nəfər itkin düşüb.

Onlarla insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

**** **** ****

16:45

HonKonqda yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 12-yə çatıb.

“TV1” bu barədə “The South China Morning Post” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, 16 nəfər xəsarət alıb.

Hakimiyyət orqanlarının məlumatına görə, kompleks sakinlərinin əksəriyyəti yanan binalardan çıxarılıb.

**** **** ****

15:05

HonKonqun Tai Po bölgəsində bir neçə çoxmərtəbəli yaşayış binasını əhatə edən güclü yanğın baş verib.

“TV1” Reuters istinadən xəbər verir ki, binaların içərisində bir neçə nəfər hələ də bloklanmış vəziyyətdədir.

Ümumilikdə 4 nəfərin həlak olduğu bildirilib. Bundan əlavə, 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3 nəfərin vəziyyəti kritikdir.

İlkin məlumata görə, yanğın karaoke-barda başlayıb.

 

media-ads_728_90
Paylaş