I Qarabağ Müharibəsində itkin düşmüş soydaşlarımızın axtarışı daim diqqət mərkəzindədir - FOTO
Birinci Qarabağ Müharibəsində itkin düşmüş soydaşlarımızın axtarışı Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzindədir.
Bu barədə “TV1”-ə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kəlbəcər rayon filialının sədri Balay Nəsibov məlumat verib.
O bildirib ki, vaxtilə komandir olduğu taborun zabit, çavuş, əsgər və itkin düşənlərin ailə üzvləri ilə görüş keçirilib.
Tədbirdə taborun keçdiyi döyüş yolundan xatirələr dinlənilib.
B.Nəsibov qeyd edib ki, itkin düşənlərlə bağlı məsələlər daim diqqət mərkəzindədir.








