Kim Çen Inın nüvə obyektinə səfərinin fotoları yayıldı – İlk dəfə
Şimali Koreyanın lideri Kim Çen In təhlükəli hərbi obyektə baş çəkib.
“TV1” xəbər verir ki, xarici KİV-in yaydığı məlumata görə o, uranın silah səviyyəsinə qədər zənginləşdirildiyi zavodda olub.
Kim Çen In zavodda nüvə başlıqlarının istehsalı proseduru ilə tanış olub.
KXDR rəhbərinin səfərini əks etdirən fotolar sosial şəbəkələrdə də müzakirə edilir. Qeyd edilib ki, səfər zamanı KXDR lideri uran sentrifuqalarının sayının artırılmasının vacibliyini vurğulayıb.
Kim Çen Inın uranın zənginləşdirilməsi zavoduna səfərinin görüntülərinin ilk dəfə yayılması diqqət çəkib.