İndoneziyada daşqınlarda ölənlərin sayı 604 nəfərə çatıb

media-ads_728_90

İndoneziyada daşqın və torpaq sürüşmələri qurbanlarının sayı 604 nəfərə çatıb.

“TV1” xəbər verir ki, “Reuters“in məlumatına görə, bu barədə İndoneziyanın Təbii Fəlakətlər üzrə Milli Agentliyi məlumat yayıb.

464 nəfərin isə itkin düşdüyü bildirilir.

Qeyd edək ki, son vaxtlar İndoneziya, Tailand, Malayziya və Şri Lankada daşqınlar baş verir.

Ümumilikdə, bu ölkələrdə insan tələfatı 1000 nəfəri keçib və bu rəqəmin artacağı gözlənilir.

Şri Lankada 1 milyon insan daşqınlardan ziyan görüb.

media-ads_728_90
Paylaş