İndoneziyada torpaq sürüşməsi olub - 25 nəfər ölüb, 65 nəfər itkin düşüb

media-ads_728_90

İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.

“TV1” xəbər verir ki, bu barədə İndoneziyanın Fəlakətlərin idarə edilməsi üzrə Milli Agentliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, 65 nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, hadisə yanvarın 24-də Qərbi Bandunq rayonunda baş verib, güclü yağıntıların fonunda torpaq sürüşməsi Pasir Lanqu yaşayış məntəqəsini örtüb.

media-ads_728_90
Paylaş