İran ABŞ ilə saziş layihəsini 2-3 günə hazırlamağı planlaşdırır - Abbas Əraqçi
Tehran Vaşinqtonla nüvə sahəsində mümkün saziş layihəsini 2-3 gün ərzində hazırlamağı planlaşdırır.
“TV1” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi MSNBC telekanalına müsahibəsində bildirib.
“Mənim üçün növbəti addım mümkün saziş layihəsini ABŞ-dan olan həmkarlarımıza təqdim etməkdir. İnanıram ki, yaxın 2-3 gün ərzində o, hazır olacaq”, – o deyib.
Bununla yanaşı, o qeyd edib ki, İranın nüvə proqramı üzrə sazişi yalnız ABŞ İrana hörmət göstərəcəyi təqdirdə mümkündür.








