İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar üçün şərtlərini AÇIQLAYIB
“İran nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlara hazırdır, lakin qarşılıqlı faydalı olması şərti ilə”.
“TV1” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
“Əgər onlar yanaşmalarını dəyişib ədalətli və qarşılıqlı faydalı danışıqlara hazır olsalar, biz də hazır olarıq. Lakin danışıqlar diktə deyil. O vaxta qədər onların real, ciddi danışıqlara hazır olub-olmadığından əmin deyilik”, – deyə nazir bildirib.
O bildirib ki, İran diplomatiyaya açıqdır, amma yalnız “ədalətli və balanslı” nəticəni təmin edən şərtlərlə.
“Bu ABŞ-dan asılıdır”, – deyə A.Araqçi vurğulayıb.








