media-1200x100

İran prezidenti: “Azərbaycanla layihələrin gerçəkləşdirilməsi nəzərdən keçirilir”

media-ads_728_90

“İran ilk növbədə prioritet olaraq qonşu ölkələrlə əlaqələrini yaxşılaşdırmağa çalışır”.

“TV1” xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (16 sentyabr) Tehranda yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən ilk mətbuat konfransında deyib.

O bildirib ki, İraqa səfər çərçivəsində birgə layihələr üzrə müzakirələr aparılıb.

“Bu prosesi Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də həyata keçirə bilərik. İqtisadiyyatın gücləndirilməsi qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsindən asılıdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian yerli və xarici media nümayəndələri ilə ilk mətbuat konfransında keçirir. Mətbuat konfransına 300-dən çox media mənsubu qatılıb.

media-ads_728_90
Paylaş