media-1200x100

İran prezidenti Nyu-Yorka gedəcək

media-ads_728_90

İran prezidenti Məsud Pezeşkian sentyabrın 22-də BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka gedəcək.

“TV1” xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

İran prezidentinin həmin gündə assambleyada çıxışı olacaq.

ABŞ-də yaşayan iranlılarla, media rəhbərləri ilə, bəzi Avropa, Asiya və islam ölkələri liderləri ilə görüş İran prezidentinin Nyu-York proqramına daxil edilib.

Qeyd edək ki, hər il Nyu-Yorkda təşkil olunan BMT Baş Assambleyasının sessiyasında İran prezident səviyyəsində iştirak edir.

media-ads_728_90
Paylaş