İran raketləri Almaniyanın İordaniyadakı hərbi bazasını vurub

media-ads_728_90

İran raketləri Almaniyanın İordaniyadakı hərbi bazasını vurub.

“TV1” “Döyçe Velle”-yə istinadən xəbər verir ki, ölkənin şərqindəki Azraq şəhəri yaxınlığında İordaniya Hərbi Hava Qüvvələrinin bazası yerləşir və burada ABŞ və Almaniya hərbçiləri də yerləşdirilib.

“Luftwaffe” tanker təyyarələri və “Airbus A400M” Atlas hərbi-nəqliyyat təyyarələri də orada yerləşir.

“Der Spiegel”in məlumatına görə, martın 9-da axşam saatlarında İran raketləri bazanın Amerika sektoruna hücum edib, Almaniya kazarmaları da zədələnib.

Jurnal yazır ki, baza Amerikanın hava hücumundan müdafiəsi ilə qorunur və nisbətən təhlükəsiz sayılır. Ehtimal olunur ki, vurulan raketin qalıqları alman kazarmalarına düşüb.

media-ads_728_90
Paylaş