İran və Rusiya hərbi dəniz təlimlərinə başlayır

media-ads_728_90

İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başlayır.

“TV1” xəbər verir ki, birgə hərbi dəniz təlimlərinin sabah Oman dənizində və Hind okeanının şimal hissəsində keçiriləcəyi bildirilib.

Məlumatda qeyd edilib ki, bu təlimlər hər iki tərəfin dənizdə əməkdaşlığını gücləndirmək və bu bölgədə dəniz ticarətinin təhlükəsizliyini dəstəkləmək öhdəliyini nümayiş etdirir.

Qeyd edək ki, İran bundan əvvəl Hörmüz boğazında hərbi təlim keçirdiyini elan edib.

media-ads_728_90
Paylaş