İranda etirazlarda ölənlərin sayı 572 nəfərə çatıb

media-ads_728_90

İranda artıq üçüncü həftədir davam edən etirazlar zamanı ölənlərin sayı 572 nəfərə çatıb.

“TV1” xəbər verir ki, “Sky News”un yaydığı məlumata görə, bu barədə İranda fəaliyyət göstərən HRANA hüquq müdafiə təşkilatının məlumatında bildirilir.

Qeyd olunur ki, ölənlərin dəqiq sayı daha yüksək ola bilər.

Ölənlərin 503 nəfəri nümayişçi, 69 nəfəri isə təhlükəsizlik qüvvələrinin nümayəndələridir.

Həmçinin etirazların başlanğıcından bəri 10 600-dən çox insanın saxlanıldığı bildirilib.

 

media-ads_728_90
Paylaş