İranda prokuror və təhlükəsizlik işçiləri öldürülüb

media-ads_728_90

İranda davam edən iğtişaşlar zamanı Şimali Xorasan ostanının İsfərayen şəhərində prokuror və bir neçə təhlükəsizlik işçisi öldürülüb.

“TV1” xəbər verir ki, “Iran International” bu barədə ostanın məhkəməsinə istinadən məlumat yayıb.

“İsfərayendəki iğtişaşlar zamanı dövlət prokuroru Əli Əkbər Hüseynzadə əraziyə nəzarət etmək üçün polis və təhlükəsizlik qüvvələri ilə birgə şəhərdə olub”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, iğtişaşçılar prokuror və təhlükəsizlik işçilərinin olduğu treylerə od vurub və yanğınsöndürənlərin əraziyə gəlməsinə mane olublar. Nəticədə, prokuror və bir neçə təhlükəsizlik işçisi yanaraq ölüblər.

Prokurorluq hadisəni törədənlərin tutulması üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.

media-ads_728_90
Paylaş