İranda rialın məzənnəsi REKORD HƏDDƏ
İranda geniş yayılmış etirazlar fonunda İran rialının məzənnəsi rekord səviyyədə aşağı düşüb.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İranın valyutası illər ərzində sanksiyalar təzyiqi və iqtisadi problemlər səbəbindən əhəmiyyətli dərəcədə dəyərdən düşüb və bu da 2025-ci ilin dekabr ayının sonlarında ölkə daxilində kütləvi etirazlara səbəb olub.
İran rialı rəsmi olaraq dünyanın ən ucuz valyutasıdır. Yanvarın 27-ə olan məlumata görə, sərbəst bazar məzənnəsi ABŞ dollarına nisbətdə təxminən 1.468.000 rial, rəsmi subsidiyalı dövlət məzənnəsi isə bir dollara nisbətdə təxminən 42.000 rial təşkil edir.








