İranın dron hücumlarından sonra Bəhreynin “Bapco Energies” şirkəti “fors-major” elan edib

media-ads_728_90

Bəhreynin “Bapco Energies” öz fəaliyyətinə mane olan fors-major vəziyyəti elan edib.

“TV1” xəbər verir ki, bu barədə “Al-Jazeera” Bəhreyn mətbuatına istinadən məlumat yayıb.

Bildirilib ki, şirkət bu bəyanatı İranın yaxın günlərdə “Bapco” neft emalı zavoduna hücumundan sonra verib.

Xatırladaq ki, fors-major hal tədarük sahəsindəki öhdəliklərin tərəflərdən asılı olmayan səbəblərdən icra edilə bilmədiyi hallarda müvafiq tərəfi məsuliyyətdən azad edən hüquqi mexanizmdir.

“Bapco” Bəhreynin başlıca neft emalı müəssisəsi və ölkənin enerji sahəsinin strateji əhəmiyyətli obyekti hesab olunur.

media-ads_728_90
Paylaş