media-1200x100

İşıqsız qalan KUBA - FOTO/VİDEO

media-ads_728_90

Kubada sakinlər elektrik enerjisinə tamarzı qalıblar.

“TV1” xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, milyonlarla insan bir neçə gündür ki, işıqsızdır. Adada əvvəllər də mütəmadi olaraq elektrik enerjisi kəsilsə də, yerli sakinlər belə bir uzunmüddətli qəzanın baş verdiyini xatırlamadıqlarını deyirlər.

Qeyd edək ki, oktyabr ayının 18-də Antonio Guiteras adına İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəzadan sonra Azadlıq adasının 10 milyon sakini hələ də işıqsız qalıb.

Yerli hakimiyyət orqanları əsas səbəb kimi elektrik təsərrüfatı sisteminin köhnəldiyini və İES üçün yanacağın çatışmadığını göstərirlər.

media-ads_728_90
Paylaş