İsmayıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinə infotur təşkil olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə Komitənin tabeliyində olan İsamyıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) mediatur təşkil edilib.
“TV1” xəbər verir ki, İsamyıllı rayonu UADM-in fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlərlə tanışlıq məqsədi daşıyan mediatur çərçivəsində Mərkəzin direktoru Lətifə Əliyeva çıxış edərək bildirib ki, icma əsaslı xidmətlərin gücləndirilməsi və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılması mərkəzlərin fəaliyyətində əsas yer tutur. O qeyd edib ki, Uşaq və Ailələrə Dəstək Mərkəzi həssas qruplardan olan qadın və uşaqlara sosial, psixoloji, hüquqi dəstəyin göstərilməsi istiqamətində uğurlu nəticələr əldə edir.
Lətifə Əliyeva inkişafetdirici məşğələlər, Denver II qiymətləndirmə proqramı, həmçinin psixoloq otaqlarının fəaliyyəti barədə ətraflı məlumat verib.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.








