media-1200x100

İspaniyada daşqınlarda ölənlərin sayı 95-ə çatıb - Ölkədə matəm elan edilib - VİDEO

media-ads_728_90

İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.

“TV1” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 92 nəfər Valensiyada, 2 nəfər Kastilya-La-Mança (Madridin cənubunda) və 1 nəfər Malaqada həyatını itirib.

Oktyabrın 29-da cənub və şərq İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ən çox zərər çəkən bölgələrin hakimiyyəti sakinləri evlərini tərk etməməyə çağırıb.

Ölkədə çoxsaylı insan tələfatı ilə bağlı matəm elan edilib.

Hazırda kralıqda 8 bölgə (Əndəlüs, Valensiya icması, Araqon, Kastiya və Leon, Kataloniya, Ekstremadura, Navarra, Seuta) hələ də güclü yağışlar və sel təhlükəsi altındadır.

Vəziyyətlə əlaqədar olaraq, ölkənin fövqəladə vəziyyətlər bölməsi Valensiya əyalətində 1 000-dən çox hərbçini yerləşdirərək, yerli Fövqəladə Halların Koordinasiya Mərkəzi ilə birlikdə leysanların nəticələri ilə mübarizə aparır.

media-ads_728_90
Paylaş