İspaniyada daşqınlarda ölənlərin sayı 200-ə çatdı - FOTO
İspaniyada daşqınlar nəticəsində 200-dən artıq insan həyatını itirib.
“TV1” xəbər verir ki, ölkənin Fövqəladə Hallar Komitəsinin açıqladığı son məlumata görə, Valensiya muxtar cəmiyyətində 202 şəxs daşqınlarda ölüb.
İspaniyanın 4 regionunda, o cümlədən Valensiyada aidiyyəti qurumlar yaxın günlərdə hələ də kəskin hava şəraitinin olacağını, dolu düşəcəyini və qasırğa olacağını bildirirlər.
Qeyd edək ki, İspaniyada sonuncu dəfə 1973-cü ildə baş vermiş daşqınlarda 150 insan həyatını itirib.