İspaniyada qatar relsdən çıxıb - Ölənlərin sayı 39-a çatıb

media-ads_728_90

İspaniyada sürətli qatarın iki vaqonun relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb.

“TV1” xəbər verir ki, 100 nəfərin yaralandığı, onlardan 25-nin ağır vəziyyətdə olduğu bildirilir.

İspaniyanın nəqliyyat və davamlı mobillik naziri Oskar Puente sosial mediada paylaşdığı məlumatda bildirilir ki, hazırda ölənlərin sayını müəyyən etmək mümkün deyil.

Hadisə ilə əlaqədar olaraq İspaniyanın Baş naziri Pedro Sançes 19 yanvar tarixinə olan bütün planlarını ləğv edib.

Qatar vaqonlarının deformasiyası səbəbindən xəsarət alanlara çatmaq çətin olub.

Qəza Əndəlüs muxtar icmasında baş verib. Relsdən çıxan vaqon paytaxt Madriddən Huelvaya gedən digər qatarın vaqonu ilə toqquşub. Hadisənin səbəbi hələlik məlum deyil. Madrid–Əndəlüs yüksək sürətli qatar xidməti 20 yanvar tarixinə qədər dayandırılıb.

Qeyd edək ki, qatarda 317 sərnişin olub.

media-ads_728_90
Paylaş