İsrail genişmiqyaslı antiterror əməliyyatına başladı

media-ads_728_90

İsrail Müdafiə Ordusu (SAXAL) İordan çayının Qərb sahilinin şimalında genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

“TV1” xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, çərşənbə günü gecə saatlarından etibarən SAXAL, sərhəd polisi və İsrail Təhlükəsizlik Xidməti Şimali Samariyada əməliyyat tədbirlərinə start verib.

İsrail qüvvələrinin bölgədə terrorçuluğun möhkəmlənməsinə imkan verməyəcəyi və təhlükənin qarşısını almaq üçün fəal addımlar atdığı məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş