İsrail ordusu Livanda Hizbullaha aid obyektləri bombalayıb
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən “Hizbullah”a aid infrastruktur obyektlərinə silsiləvi zərbələr endirib.
“TV1” xəbər verir ki, hansı obyektlərin vurulduğu və nəticələr barədə məlumat verilmir.
Qeyd edək ki, zərbələrdən əvvəl İsrailin ordu rəhbərliyi Livanın cənubunda yerləşən yeddi kəndin əhalisi üçün təxliyə xəbərdarlığı vermişdi.








