İsrail ordusu Livanın cənubundakı 8 yaşayış məntəqəsinin təxliyəsinə çağırıb
İsrail ordusu Livanın cənubundakı 8 qəsəbə və kəndin sakinlərinin təxliyə olunması ilə bağlı xəbərdarlıq edib.
“TV1” xəbər verir ki, İsrail tərəfi yaxın saatlarda həmin ərazilərdə hərbi əməliyyat keçirəcək.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün İsrailin hava hücumları nəticəsində azı 5-i uşaq olmaqla 22 nəfər həlak olub, 27-si yaralanıb.








