media-1200x100

İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

media-ads_728_90

Türkiyənin İstanbul boğazında (Bosfor boğazı) sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

“İstanbul boğazında məhdud görünüş (sıx duman) səbəbindən gəmi hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”, – deyə məlumatda deyilir.

Bildirilir ki, şəhər daxilindəki bərə reyslərində də gecikmələr və ləğvlər müşahidə olunur.

Qeyd edilib ki, hava şəraiti yaxşılaşdıqdan sonra gəmi hərəkəti yenidən bərpa ediləcək.

media-ads_728_90
Paylaş