İsveçrədə kurortda partlayış olub- Ölənlərin sayı 40-a çatıb
İsveçrədə barda təşkil olunan Yeni il şənliyində partlayış baş verib.
“TV1” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, partlayış yanvarın 1-nə keçən gecə “Le Constellation” adlı ikimərtəbəli barda baş verib. Partlayışdan sonra binada böyük yanğın başlayıb.
Hadisə yerində olan şahidlər və təcili yardım işçiləri onlarla ağır yaralı və ölənlərin olduğunu bildiriblər.
Partlayışın dəqiq səbəbi hələlik məlum deyil. Lakin sosial media və yerli mənbələr iddia edir ki, bayram şənliyi zamanı barda pirotexniki avadanlıqlardan istifadə yanğına səbəb olub.








