İsveçrədə milli matəm günü elan edildi

media-ads_728_90

İsveçrə hökuməti Kran-Montana dağ kurortundakı barda 40 nəfərin ölümü ilə nəticələnən yanğından sonra 9 yanvar tarixini milli matəm günü elan edib.

“TV1” xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Gi Parmelen “Tages-Anzeiger” qəzetinə müsahibəsində bildirib.

Prezident, həmçinin həmin gün keçirilməsi nəzərdə tutulan anım mərasimində iştirak etmək niyyətindədir.

“Milli həmrəyliyin daha bir rəmzi olaraq, saat 14:00-da Kran-Montanadakı matəm mərasiminin başlanğıcında İsveçrənin bütün kilsələrində zənglər çalınacaq. Bundan əlavə, həmin vaxt bütün ölkə üzrə bir dəqiqəlik sükutun keçirilməsi planlaşdırılır”, – deyə Parmelen əlavə edib.

media-ads_728_90
Paylaş