media-1200x100

Kaliforniyadakı yanğınlarda ölənlərin sayı 24-ə çatıb

media-ads_728_90

Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə edən yanğınlar nəticəsində azı 24 nəfər həlak olub.

“TV1”xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Qurbanların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib. Daha əvvəl 16 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü bildirilirdi.

Qeyd edək ki, yanvarın 7-də Los-Anceles şəhərində meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.

ABŞ prezidenti Co Bayden Kaliforniyada baş verən yanğınları ştatın tarixində ən böyük və ən dağıdıcı yanğın adlandırıb.

media-ads_728_90
Paylaş