Kamçatkada növbəti güclü ZƏLZƏLƏ
Rusiyanın Kamçatka bölgəsində 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 218 kilometr aralıda, 58,3 kilometr dərinlikdə yerləşib.








