Kəlbəcər Şəhəri Günü çərçivəsində teatr tamaşası təqdim olunub

media-ads_728_90

Kəlbəcər Şəhəri Günü çərçivəsində teatr tamaşası təqdim olunub.

“TV1” xəbər verir ki, Gəncə Dövlət Milli Dram Teatrı Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl-tamaşasını nümayiş etdirib.

Tamaşanın quruluşçu rejisoru Şahmar Məmmədov, quruluşçu rəssamı Vahab Cəfərov, rejissor köməkçisi Dursun Cəlilova, musiqi tərtibatı isə Ziyad Abbasova məxsusdur.

Rolları Elmir Məmmədov, Elnur Abbasov, Mətləb Təhmazi, Elmil Salmanov, Fərid Vəliyev, Zeynəb Hüseynova və başqaları canlandırıblar.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən təşkil olunub.

media-ads_728_90
Paylaş