Kəlbəcər Şəhəri Günündə Milli Xalça Muzeyinin tarixi eksponatları nümayiş olunur
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid zəngin nümunələr Kəlbəcər Şəhəri Günündə nümayiş etdirilir. Burada Qarabağ bölgəsinə məxsus xalça və xalça məmulatları, həmçinin bədii metal əşyaları təqdim olunur.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Milli Xalça Muzeyinin Xalça sektoru müdiri Səbinə Qurbanova bildirib.
Onun sözlərinə görə, sərginin məqsədi qədim Azərbaycan köçəri mədəniyyətini nümayiş etdirməkdir: “Bu tədbir üçün 30 eksponat gətirmişik. İşğaldan azad edilmiş ərazilərdə keçirilən digər şəhər günlərində də müxtəlif və fərqli nümunələr təqdim olunub”.








