Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB 2 

media-ads_728_90

Bu gün Kəlbəcər şəhərinə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub.

“TV1” xəbər verir ki, Kəlbəcər şəhərinə köçürülən 27 ailəyə (112 nəfər) mənzillərin açarlarının təqdim edilməsi mərasimində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

***** ****

15:52

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

“TV1” xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə, 27 ailə (112 nəfər) köçürülüb.

Qeyd edək ki, köç edənlər Azərbaycanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***** *****

09:05

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

“TV1” xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə – 112 nəfər köçürülüb.

Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

media-ads_728_90
Paylaş