Kəlbəcərdə traktor minaya düşüb - Xəsarət alan var

media-ads_728_90

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.

“TV1” xəbər verir ki, rayonun Susuzluq kəndi ərazisində traktorun minaya düşməsi nəticəsində 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alıb.

Minaya düşən traktor Kəlbəcər rayonunda kəndarası yolun çəkilişini aparan şirkətlərdən birinə məxsus olub. Hadisə iş zamanı qeydə alınıb. Xəsarət alan 1989-cu il təvəllüdlü R.Əsədov xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş