Kipr Prezidentinin ofisinin rəhbəri korrupsiya qalmaqalı səbəbindən istefa verib
Kiprin Prezidentinin baş köməkçisi və ofisinin rəhbəri Xaralambos Xaralambus korrupsiya qalmaqalı fonunda istefa verib.
“TV1” xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat yayıb.
O bildirib ki, son günlərdə Kipr Prezidenti Nikos Xristodulidisin nüfuzuna xələl gətirmək, hökuməti gözdən salmaq və ölkənin imicini zədələmək cəhdləri artdığı üçün istefa verib.








