Fətullah Gülən vəfat edib

media-ads_728_90

ABŞ-ın Pensilvaniya ştatında yaşayan ilahiyyatçı Fətullah Gülən vəfat edib.

“TV1” xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Fətullah Gülənin vəfat etməsi barədə onun qohumu Ebuseleme Gülen sosial media hesabında paylaşım edib.

Fətullah Gülənin ABŞ-ın Pensilvaniya ştatında yerləşdirildiyi xəstəxanada vəfat etdiyi bildirilir.

media-ads_728_90
Paylaş