Kiyev-Moskva-Vaşinqton GÖRÜŞÜ - Danışıqların yeni mərhələsi...

media-ads_728_90

Kreml Kiyev, Moskva və Vaşinqton arasında Ukraynadakı müharibəyə həll yolu tapmaq üçün çərşənbə və cümə axşamı günləri Əbu-Dabidə Kiyev, Moskva və Vaşinqton arasında birbaşa danışıqların yeni mərhələsinin keçiriləcəyini təsdiqləyib.

“TV1” xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, əvvəlcə bazar gününə planlaşdırılan ikinci mərhələ çərşənbə və cümə axşamı Əbu-Dabidə keçiriləcək.

O, görüşün təxirə salınmasını üç tərəfin iş gündəliyi ilə izah edib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən bu danışıqların birinci mərhələsi 23 və 24 yanvar tarixlərində baş tutub və diplomatik irəliləyişlə nəticələnməyib. İkinci mərhələnin fevralən 1-də baş tutması planlaşdırılırdı. Volodimir Zelenski bazar günü növbəti üçtərəfli görüşlərin 4-5 fevral tarixlərində Əbu-Dabidə keçiriləcəyini bildirib.

media-ads_728_90
Paylaş