Konqoda mədən çöküb - 200-dən çox insan həlak olub
Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu vilayətində mədən çökməsi nəticəsində azı 227 nəfər həlak olub.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” agentliyi xəbər yayıb.
227 insan bu sürüşmənin qurbanı olub, onların arasında mədənçilər, uşaqlar və tacirlər var.
Bəzi insanlar son anda xilas edilib, lakin ağır xəsarətlər alıblar.
Çökmə koltan filizi hasil edilən Rubaya mədənində baş verib. Bu mədən dünya üzrə həmin filizin hasilatının təxminən 15 %-ni təmin edir.








